Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məzahir Pənahov AÇIQLAMA VERDİ: "Noyabrın 3-ü..."

Məzahir Pənahov AÇIQLAMA VERDİ: "Noyabrın 3-ü..."

Məzahir Pənahov AÇIQLAMA VERDİ:
2024-05-10 , 15:42

“Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir”.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur:
“Seçkilərdən əvvəl MSK hər zaman geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Bu günlərdə hətta biz iclasda maarifləndirmə proqramını tərtib etməyi də müzakirə etdik. Həmin proqram əsasında tədbirlərimizi həyata keçiririk. COP-29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər.
Qanunvericiliyin tələbinə görə parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Biz hətta noyabr ayının əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq ki, onunla bağlı fəaliyyətimizi həyata keçirək. Bu günlərdə əməli addımların şahidi olacaqsınız”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.