Qərbi Kaspi Universitetində Altay Dövlət Universitetinin əməkdaşları ilə görüş keçirilib

Qərbi Kaspi Universitetində Altay Dövlət Universitetinin (Barnaul, RF) “Ekologiya, biokimya, biotexnologiya” kafedrasının professoru, biologiya elmləri doktoru Roman Yakovlev və həmin universitetin elmi əməkdaşı Yuri Dyaçkov ilə görüş keçirilib.
Qeyd edək ki, Roman Yakovlev Qərbi Kaspi Universitetinin “Tədqiqat və İnnovasiya Mərkəzi” (https://ric.wcu.edu.az/) elmi-tədqiqat mərkəzinin fəxri əməkdaşıdır.
Universitetin təcrübə bazalarında onunla birgə mütəmadi tədqiqatlar aparılır, müştərək məqalələr nəşr olunur.
OXŞAR XƏBƏRLƏR