Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinə keyfiyyət standartları sertifikatları təqdim olunub

Qərbi Kaspi Universitetinə keyfiyyət standartları sertifikatları təqdim olunub

Qərbi Kaspi Universitetinə keyfiyyət standartları sertifikatları təqdim olunub
2023-11-01 , 10:23

Qərbi Kaspi Universitetinə Keyfiyyətin İdarəedilməsi, Ətraf mühitin idarəedilməsi və Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyin idarəedilməsi ilə beynəlxalq sertifikatlar təqdim olunub.
Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov universitetin tədrisin keyfiyyətinin artırılması, qabaqcıl dünya təcrübəsinin öyrənilərək tətbiq edilməsi, tələbələrin praktik biliklərə yiyələnməsi üçün qurulmuş maddi-texniki baza, laboratoriya və mərkəzlər barədə məlumat verdi, universitetin elmi-tədqiqat universitetinə çevrilmək istiqamətində səylərini diqqətə çatdırdı.
Qonağa universitetin tələbələrinin xüsusilə robototexnika və proqramlaşdırma istiqamətlərində yerli və beynəlxalq yarış və müsabiqələrdə qazandığı uğurlar, eləcə də Qərbi Kaspi Universitetinin beynəlxalq reytinqlərdə son illərdə yüksək nəticələr göstərdiyi barədə məlumat verildi.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı universitetin yanaşmasının müasir çağırışlara uyğun olduğunu qeyd etdi, bu istiqamətdə kollektivə uğurlar arzuladı.
Səfir Qərbi Kaspi Universitetinin Keyfiyyətin İdarəedilməsi, Ətraf mühitin idarəedilməsi və Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyin idarəedilməsi ilə beynəlxalq sertifikatlara layiq görülməsinin təhsil ocağının yanaşmasının və ardıcıl səylərinin göstəricisi olduğunu ifadə etdi.
Sertifikatları Türkiyə Standartlar İnstitutu adından Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağcı təqdim edib.
Daha sonra tələbəbələrin ifasında səslənən “Altı dövlət bir millət” mahnısı maraqla qarşılanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.