Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hüseynbala Mirələmov: "Deputatlığa namizəd olmayacağam, yaradıcılıqla məşğulam..."

Hüseynbala Mirələmov: "Deputatlığa namizəd olmayacağam, yaradıcılıqla məşğulam..."

Hüseynbala Mirələmov:
2024-07-05 , 16:04

Sabiq deputat Hüseynbala Mirələmov qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara cavab verib.

 
H.Mirələmov Pravda.az-a açıqlamasında deyib ki, seçkilərə qatılmayacaq.
 
"Mən istirahət edirəm və bədii yaradıcılıqla məşğul oluram. Ötən il bir roman bitirib, çap etdirmişəm. Bu il də bir roman bitirmişəm. Neçə illər həsrət idim ki, vaxtım olsun, bədii yaradıcılığımı davam etdirim. Heç namizədliyimi irəli sürməyimlə bağlı təklif gələcəyini gözləmirəm də. Yaxşı olar, seçkilərə nisbətən gənclər getsinlər".
 
Xatırlatma: Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.