Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir

Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir

Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir
2024-07-25 , 15:00

"Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm".

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "novoye-vremya.com” saytına müsahibəsində deyib.
Polad Bülbüloğlu parlament seçkilərinin keçirilməsini hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisə adlandırıb.
"Təbii ki, ruhum Şuşadadır. Mən artıq üç dəfə "Xarıbülbül” festivalında iştirak etmişəm, əsasını qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Və təbii ki, Şuşanın bu gün doğma Azərbaycan torpağına qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq.
Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir.
Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir", - deyə səfir vurğulayıb.//Lent.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.