Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Qusar 1 saylı mediasiya təşkilatını ziyarət ediblə

Mediasiya Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Qusar 1 saylı mediasiya təşkilatını ziyarət ediblə

Mediasiya Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Qusar 1 saylı mediasiya təşkilatını ziyarət ediblə
2024-07-20 , 17:28

Səfərdə Mediasiya Şurası Etika Komitəsinin sədri Aqil Əsgərov, Etika Komitəsinin üzvü Tural Məmmədov, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Salyan 1 saylı Mediasiya Təşkilatının rəhbəri Elman Hənifəli, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının rəhbəri Tahir Balakişiyev, Bakı 8 saylı Mediasiya Təşkilatına üzv mediatorlar və digər əməkdaşlar iştirak ediblər. 

Səfər zamanı əməkdaşları Qusar Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov qarşılayıb. İlk öncə əməkdaşlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra isə şəhərdə mediasiya sahəsində maarifləndirmə məqsədilə keçirilən marafona qatılıblar. 

Marafon zamanı vətəndaşlara mediasiyanın rolu barədə geniş məlumat verilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.