Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Naxçıvanlılar keçmiş xanəndədən narazıdır: Güllərin üzərindəki tozları təmizləyin, qarışqaları əlinizlə...

Naxçıvanlılar keçmiş xanəndədən narazıdır: Güllərin üzərindəki tozları təmizləyin, qarışqaları əlinizlə...

Naxçıvanlılar keçmiş xanəndədən narazıdır: Güllərin üzərindəki tozları təmizləyin, qarışqaları əlinizlə...
2024-08-20 , 15:50

Keçmiş xanəndə Vəli Səfərov naxçıvanlılara toy tutur.

 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Qeyd edilib ki, Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, keçmiş xanəndə Vəli Səfərov absurd iməciliklər keçirir. Onun bu əməllərindən təngə gələn şikayətçilər deyirlər ki, Vəli Səfərov aşağıda qeyd edilən absurd və necə deyərlər əndrabadi tapşırıqlar verir:
 
- Ağacların üzərindəki qarışqaları öldürün

- Güllərin üzərindəki tozları təmizləyin

- Daşları laklayın
 
Bundan əlavə, şikayətçilər deyir ki, Vəli Səfərov aparatın işçilərini öz evində də işlədir. O, hətta xadimələri siqaret almağa göndərir.
 
Məlumata görə, Vəli Səfərovun bu iməcilikləri nəticəsində əzilən, yaralanan, allergiya olan onlarla işçi var.
Pravda.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.