Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Heydər Əsədov seçicilərlə görüşdə pərt oldu — FOTOLAR

Heydər Əsədov seçicilərlə görüşdə pərt oldu — FOTOLAR

Heydər Əsədov seçicilərlə görüşdə pərt oldu — FOTOLAR
2024-08-21 , 14:52

1 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun görüşündə qalmaqal yaşanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Heydər Əsədovun seçicilərlə növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib.

Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib.

Heydər Əsədov yaşlı vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb. Ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər.

Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.