Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azercell” abunəçilərini belə aldadır

“Azercell” abunəçilərini belə aldadır

“Azercell” abunəçilərini belə aldadır
2024-08-21 , 14:54

“Azercell”in internet xidmətlərindən şikayətlər durmadan artır. Şikayətçilər sözügedən provayderin internet xidmətində abunəçiləri aldatdığını bildirir. Tribunainfo.az xəbər verir ki, belə problem yaşayanlardan biri də Sürəyya Quliyevadır. O bildirib ki, hər dəfə internet paketi götürəndə ya təsdiqlənmir, ya da vaxtından əvvəl bitir:

 
“Mənim şikayətim “Azercell”dəndir. Artıq bununla neçənci dəfədir ki, saatlıq internet götürəndə ya təsdiqləyir, amma interneti vermirlər, ya da belə gec təsdiqləyir və 1 saatı da kəsirlər. Şəkilləri də qoyuram, baxın, mesaj 09:04-də göndərilib. İnterneti 09:22-də aktiv ediblər, amma 10:04-də paket bitir. Bununla artıq neçənci dəfədir təkrarlanır bu hal”.
 
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 Fotoları təqdim edirik



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.