Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb.
O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.
Musavat.com qaçırılan qızın taleyi ilə maraqlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
“O, anasının yanına qayıtmaq istəmir. Həmin oğlanla xoşbəxtdir. Deyir ki, anası onu başqasına ərə vermək istəyir. Ona görə də bu addımı atıb. 10 gün sonra qızın 17 yaşı tamam olacaq”, - deyə Şirvan regional qrupunun məlumatında deyilir.
OXŞAR XƏBƏRLƏR