Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Minimum əməkhaqqının artırılması müzakirə olunur — Millət vəkilindən AÇIQLAMA

Minimum əməkhaqqının artırılması müzakirə olunur — Millət vəkilindən AÇIQLAMA

Minimum əməkhaqqının artırılması müzakirə olunur — Millət vəkilindən AÇIQLAMA
2024-09-10 , 14:16

inimum əməkhaqqının artırılması proqnozlaşdırılır. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrı ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanması gözlənilir.


V.Bayramov Demokrat.az-a açıqlamasında təkliflər paketinin hazırlanmasından sonra hökumətdə minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələrin davam etdirələcəyini deyib:

“Bizim təklifimiz minimum əməkhaqqı artırıldıqdan sonrakı müddət, yəni 2023-cü ilin yanvar ayından sonrakı dövrdə həm nominal orta aylıq əməkhaqqındakı artım faizini, həm də inflyasiya səviyyəsini nəzərə almaqla minimum əməkhaqqındakı artım faizinin müəyyənləşləşdirilməsilə bağlıdır. Bu kontekstdə biz ikirəqəmli artımın həyata keçirilməsini təklif edirik. Bütövlükdə minimum əməkhaqqındakı artım xüsusilə də həssas qrupların sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacibdir”. 

Saatlıq iş rejiminə keçidə gəlincə, millət vəkili qeyd edib ki, bu prosesin gerçəkləşdirilməsi yaxın zamanda real görünmür:

“Saatlıq iş rejiminə keçdilə bağlı ƏƏSMN tərəfindən rəsmi açıqlamalar verilmişdi. Nazirliyin açıqlamalarında bu mexanizmin öyrənilməsi bildirilirdi. Saatlıq iş rejiminə keçid zaman tələb edən bir prosesdir. Bunun qısa zamanda reallaşması zaman, mexanizm hazırlanması və tətbiqi baxımından mümkünsüz hesab oluna bilər. Amma dünya praktikasında saatlıq iş rejiminin tətbiq edildiyini və Azərbaycanda da bunun öyrənilməsini nəzərə alsaq, gələcəkdə bu sistemə keçid mümkün ola bilər. Amma konkret vaxt bu istiqamətdə aparılan müzakirələr və hazırlanan yeni metodologiyadan asılı olacaq. Bizim təkliflərimiz də saatlıq iş rejiminə keçid zamanı əhalinin daha çox əməkhaqqı almasını, eyni zamanda onların əmək hüquqlarının daha yaxşı qorunmasını təmin etməklə bağlıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.