“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib

27 sentyabr – Anım Günündə “Nar”ın dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərinin Xankəndi və Şuşa şəhərlərinə iki günlük səfəri baş tutub.
Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar “Nar” daim şəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





OXŞAR XƏBƏRLƏR