Qeyd edək ki, "Nar"ın korporativ sosial məsuliyyət istiqamətinin əsas hissələrindən birini milli mənəvi irsin qorunması təşkil edir. Bu istiqamətdə "Nar" şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə uğurlu layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.