Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Putin Polad Bülbüloğlunu təltif etdi

Putin Polad Bülbüloğlunu təltif etdi

Putin Polad Bülbüloğlunu təltif etdi
2024-09-30 , 23:04

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.


Bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2018-ci ildən Rusiyadakı diplomatik korpusun duayeni olub. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə deputat seçilib./APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.