İlan sancan hamilə qadın ana oldu
İlan sancması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilən 7 aylıq hamilə qadın ana olub.
Bildirilib ki, ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.
Oktyabrın 31-də Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub.
Qadın daxil olduğu gündən noyabrın 6-sı tarixinə qədər müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.
Ötən gün ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən, keysəriyə kəsiyi əməliyyatı icra olunub. Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib.
Hazırda ananın və körpənin vəziyyəti kafidir.
OXŞAR XƏBƏRLƏR