Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şahdağa qar yağır

Şahdağa qar yağır

Şahdağa qar yağır
2024-11-12 , 14:29

Bu gün saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır.
Düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik, Şahbuzda 9 mm, Neftçala, Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara, İmişli, Yardımlı, Cəfərxan, Culfa, Xaçmaz, Ordubad, Altıağac, Qusar, Qrız, Şabran, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Şəmkir, Sabirabadda 5 mm olub.
Naxçıvan, Ordubad, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 5, Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.