Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanla ÜST arasında səmərəli əməkdaşlıq aparılır

Azərbaycanla ÜST arasında səmərəli əməkdaşlıq aparılır

Azərbaycanla ÜST arasında səmərəli əməkdaşlıq aparılır
2024-11-12 , 14:39

Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib.
Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açıldı, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.