Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Spiker deputatlara irad bildirdi: "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür, elə bil, ölkə bütün uçuruma gedir..."

Spiker deputatlara irad bildirdi: "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür, elə bil, ölkə bütün uçuruma gedir..."

Spiker deputatlara irad bildirdi:
2024-11-27 , 17:42

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.

 
Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb.
 
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?", - deyə sədr əlavə edib.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.