Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Lamiyə Vəliyeva əcnəbi ilə evlənir - FOTO

Lamiyə Vəliyeva əcnəbi ilə evlənir - FOTO

Lamiyə Vəliyeva əcnəbi ilə evlənir - FOTO
2024-11-28 , 13:13

İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva subaylığın daşını atır.

Yenilik.az idman.biz-ə istinadən xəbər verir ki, 22 yaşlı paraatlet ailə həyatı qurur.
Əldə edilən məlumata əsasən, o, Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.
Paralimpiya ulduzu zənglərimizə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib. O, İdman.biz-ə məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.