Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Abşeron İH milyonluq tenderi Mehralıyevin kürəkəninə verdi

Abşeron İH milyonluq tenderi Mehralıyevin kürəkəninə verdi

Abşeron İH milyonluq tenderi Mehralıyevin kürəkəninə verdi
2024-12-06 , 22:37

Abşeron İcra Hakimiyyəti daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti rayonda yolların əsaslı təmiri işlərinin satın alınmasını həyata keçirəcək.

Qeyd edək ki, 1.298.707,29 manatlıq satınalma müqaviləsi ənənəvi olaraq eyni şirkətlə imzalanıb. Belə ki, Abşeronun icra başçısı Abidin Fərəzəliyevin sevimli şirkəti olan “PROQRESS İNŞAAT EN” MMC işləri həyata keçirəcək.
Bildirək ki, Fərəzliyevlə bu şirkət arasında bağlanılan tender müqavilələrinin sayı artıq itib. Yəni, o qədər çox anlaşma əldə edilib ki, sayları belə məlum deyil.
“Proqress İnşaat En” şirkəti isə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehralıyevin kürəkəninə məxsus olduğu deyilir. Elə tenderlərin ard-arda ona verilməsinin də bununla bağlı olduğu deyilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.