Aqrar Xidmətlər Agentliyi “tender kralı”ndan İT avadanlıqları alır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyi İT avadanlıqlarının alınması və quraşdırılmasına 110 min manat xərcləyəcək.
Müqaviləyə əsasən, Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki mərkəzlər üçün İT (informasiya texnologiyaları) avadanlıqlarının alınması və quraşdırılmasının satın alınmasına görə (10 noutbuk, 10 AİO, 1 lisenziya, 3 ip telefon, 2 media konvertor, 2 dvr (kamera üçün avadanlıq)) MMC-yə 110 min AZN ödəniləcək.
Qeyd: Aqrar Xidmət Agentliyinin sədri Sərdar Fəxrəddin oğlu Hacıyevdir. Nizamnamə kapitalı 10 AZN olan “Caspian Supplies AZE” MMC-nin qanuni təmsilçisi isə Tariyel Tofiq oğlu Vahabovdur. Şirkət bir sıra dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub.
OXŞAR XƏBƏRLƏR