Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kənddə silahla caamatı qorxudub İŞID bayrağı ilə gəzirmiş - YENİ FAKTLAR

Kənddə silahla caamatı qorxudub İŞID bayrağı ilə gəzirmiş - YENİ FAKTLAR

Kənddə silahla caamatı qorxudub İŞID bayrağı ilə gəzirmiş - YENİ FAKTLAR
2024-12-17 , 18:47

Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.

Yenilik.az Lent.az-a istinadən xəbər verir ki, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.

Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahla müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.

Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.