Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sərxoş halda sərnişin daşıdı - Həbs edildi - Video

Sərxoş halda sərnişin daşıdı - Həbs edildi - Video

Sərxoş halda sərnişin daşıdı - Həbs edildi - Video
2024-12-17 , 18:57

Baş DYP İdarəsinin YPX Alayı sərxoş vəziyyətdə avtobus idarə edən sürücünü saxlayıb.

“Qafqazinfo” İdarəyə istinadən xəbər verir ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobusu 9-cu tağımın əməkdaşları stasionar postda saxlayıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.
Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.