Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu şəxslər ƏDV-ni tam geri alacaqlar

Bu şəxslər ƏDV-ni tam geri alacaqlar

Bu şəxslər ƏDV-ni tam geri alacaqlar
2024-12-19 , 11:51

"Vergi Məcəlləsi"nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.

Yenilik.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə "Tax-free rejimi"ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.
"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.
Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər.
Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir",- deyə V.Bayramov bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.