Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Daha 2 məşhur "tiktok"er həbs edildi

Daha 2 məşhur "tiktok"er həbs edildi

Daha 2 məşhur
2024-12-26 , 16:18

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.