Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Pilotun nəşi ailəsinə təhvil verildi - Video

Pilotun nəşi ailəsinə təhvil verildi - Video

Pilotun nəşi ailəsinə təhvil verildi - Video
2024-12-29 , 09:05

Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarədə həlak olan, bu gün Bakıya gətirilən hava gəmisinin kapitanı İqor Kşnyakinin nəşinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsində məhkəmə-tibbi müayinəsi aparılıb.

Yenilik.az “Report”a istinadən xəbər verir ki, müayinədən sonra mərhum kapitanın meyiti xüsusi ayrılmış avtomobillə ailəsinə təhvil verilib.
Qeyd edək ki, Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaqlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.