“Azərlotereya” Xankəndində “Qış nağılı”nda iştirak edir - Fotolar

“Azərlotereya” ASC Qarabağın dirçəldilməsi naminə keçirilən sosial və mədəni layihələrə dəstəyini davam etdirir. “Qafqazinfo” xəbər verir ki, 34 ildən sonra ilk dəfə Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə “Qış nağılı” bayram yarmarkası təşkil edilib.
Yarmarkada yerli istehsalçıların təqdim etdiyi müxtəlif məhsullar, bayrama uyğun dekorasiyalar və xüsusi konsert proqramı ziyarətçilərə bayram təəssüratı bəxş edib.
Yarmarka Xankəndi sakinləri və şəhəri ziyarət edənlər üçün həmrəylik, birlik və sevinc simvoluna çevrilib. "Qış nağılı" yarmarkası yanvarın 4-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Azərlotereya” hər zaman Qarabağın inkişafına dair həyata keçirilən işlərə böyük töhfə verir. “Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir. Bundan əlavə, “Azərlotereya” işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərib.
Həmçinin “Azərlotereya”nın 2022-ci ildən həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi indiyədək 150 şəhid əmanətini əhatə edir. Layihə əsasında Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
“Azərlotereya” bundan sonra da hər zaman Qarabağın bərpasına dəstək istiqamətində səylərini davam etdirəcək.



OXŞAR XƏBƏRLƏR