Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm

Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm

Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
2025-01-09 , 23:03

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.

“Qafqazinfo”nun məlumatına görə, onunla əlaqədar Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.
B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.
Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.