Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı - Video

Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı - Video

Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı - Video
2025-01-15 , 15:43

Əməliyyat zamanı iş yoldaşları ilə birlikdə doğum gününü qeyd edən “German Hospital”ın mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb.  

Bu barədə “Qafqazinfo”ya klinikanın direktor müavini Səftər Əliyev məlumat verib. 
Onun sözlərinə görə, bu barədə beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmadan sonra qərar qəbul edilib.
S. Əliyev bildirib ki, həmin hadisəyə görə, həmçinin klinikanın böyük tibb bacısı da vəzifəsindən azad edilib. O, klinikada tibb bacısı vəzifəsinə keçirilib. 
Qeyd edək ki, hadisə yanvarın 8-də baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.
Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.