Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi

Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi

Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi
2025-01-28 , 14:01

“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. 

Yenilik.az Lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib. 
Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət  bunlara cavab verməlidir”.
Deputat Tənzilə Rüstəmxanlı isə çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb. Sayta açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib:
“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır.  Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.