Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü - VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü - VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü - VİDEO
2025-01-30 , 15:08

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

 
Bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.
 
İdman ustası, "Azəryol" və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.
 
O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.
 
Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa "Challenge Cup" turnirnin bombardilərindən də olub./Milli.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.