Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SOS: Körpələrə verilən məşhur uşaq qidası TƏHLÜKƏ SAÇIRMIŞ

SOS: Körpələrə verilən məşhur uşaq qidası TƏHLÜKƏ SAÇIRMIŞ

SOS: Körpələrə verilən məşhur uşaq qidası TƏHLÜKƏ SAÇIRMIŞ
2025-02-21 , 16:54

"Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan "Humana" SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Oxu.Az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kiloqram olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb.
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.