Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Guya bir gün dərsə getməsələr, nə olacaq?” - Misir Mərdanovdan nazirliyin qərarına REAKSİYA

“Guya bir gün dərsə getməsələr, nə olacaq?” - Misir Mərdanovdan nazirliyin qərarına REAKSİYA

“Guya bir gün dərsə getməsələr, nə olacaq?” - Misir Mərdanovdan nazirliyin qərarına REAKSİYA
2025-02-24 , 15:10

Elm və Təhsil Nazirliyinin məktəblərdə tədris prosesinin ənənəvi qaydada davam etdirilməsi ilə bağlı qərarı hələ də müzakirə edilir. Xüsusilə valideynlər bununla bağlı narazılıq edir, hətta nazirliyin qərarına rəğmən, uşaqları dərsə göndərmədiklərini bildirirlər. 

Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, qarlı-şaxtalı havada, xüsusilə də dağ yerlərində uşaqların məktəbə getməsini düzgün hesab etmir:
“Guya bir gün dərsə getməsələr, nə olacaq? Uşaqların xəstələnmə ehtimalını nəzərə almaq lazımdır. Belə havada onlara soyuq dəysə və ya buzlu yolda yıxılıb xəsarət alsalar, necə olacaq? Həmin şagirdlər ən azı bir həftə dərsə gedə bilməyəcəklər. Fikrimcə, övladlarımızın sağlamlığı daha önəmlidir”.
Qeyd edək ki, bu gün bəzi universitetlər distant təhsilə keçsələr də, bu, məktəblərdə tətbiq edilməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.