Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » PA rəsmisi: "Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur"

PA rəsmisi: "Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur"

PA rəsmisi:
2025-03-13 , 14:08

"Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərərin, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq və müasir metodlarla qiymətləndirilməsi aparılıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.