Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şaurmadan 300 nəfər zəhərləndi - Kafe bağlandı

Şaurmadan 300 nəfər zəhərləndi - Kafe bağlandı

Şaurmadan 300 nəfər zəhərləndi - Kafe bağlandı
2025-04-03 , 22:09

Türkiyənin qərbində, Kocaeli vilayətində toyuq şaurması yeyən yüzlərlə insan həkimə müraciət edib.


Bakupost.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Jurnalistlər bildirib, hadisə Kerfez ərazisindəki iaşə obyektində baş verib. Bu kafenin müştəriləri kütləvi şəkildə mədə ağrısı və ürək bulanmasından şikayət etməyə başlayıblar:

"Zəhərlənmə əlamətləri ilə xəstəxanalara 300-dən çox insan daxil olub. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır".

Polis əməkdaşları kütləvi zəhərlənməyə səbəb olduğu ehtimal edilən iaşə obyektini bağlayıblar. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Kafedən qida nümunələri götürülərək ekspertizaya göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.