Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bitki tərkibli yağ nehrə yağı adı ilə satılırmış - Fotolar

Bitki tərkibli yağ nehrə yağı adı ilə satılırmış - Fotolar

Bitki tərkibli yağ nehrə yağı adı ilə satılırmış - Fotolar
2025-04-09 , 16:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.

Yenilik.az AQTA-ya istinadən xəbər verir ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır:







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.