Yeni eranın taksiləri – HİBRİDLƏR ÖN PLANDA

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində sosioloji sorğu həyata keçirilib.
Digər vacib məqam isə taksi sürücülərinin istifadə etdikləri avtomobillərin mülkiyyət vəziyyəti ilə bağlıdır. Sorğu göstərir ki, 45.6% sürücü avtomobilin şəxsi mülkiyyətində olduğunu, 3.8% isə ailə üzvünə və ya yaxınına məxsus olduğunu qeyd edib. Bununla yanaşı, 20% sürücü avtomobili lizinq və ya kredit yolu ilə əldə etdiyini, 30.5% isə avtomobildən gündəlik və ya aylıq icarə əsasında istifadə etdiyini bildirib. Bu rəqəmlər göstərir ki, taksi fəaliyyəti göstərən şəxslərin əhəmiyyətli hissəsi maliyyə yükünü azaltmaq və çevik iş modeli qurmaq üçün icarə və lizinq imkanlarından istifadə edir.
OXŞAR XƏBƏRLƏR