Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məhkəmə gizli eşq yaşayan qayınana və kürəkən barədə qərar verdi

Məhkəmə gizli eşq yaşayan qayınana və kürəkən barədə qərar verdi

Məhkəmə gizli eşq yaşayan qayınana və kürəkən barədə qərar verdi
2025-04-17 , 14:26

Türkiyədə televiziya proqramında münasibətlərinin olduğu iddia edilən 47 yaşlı qayınana Güldane Şahin və kürəkəni 21 yaşlı Cuma Doğan həbs edilib.

Sülh Cəza Məhkəməsi tərəfindən açılan araşdırmada qayınana və kürəkən barəsində “xüsusi təhdid” maddəsi ilə həbs qərarı çıxarılıb.
Onlar "Esra Erol'da" proqramında canlı yayım zamanı studiyaya gələn polis qrupları tərəfindən saxlanılmışdı.
Xatırladaq ki, Türkiyədə ATV kanalında yayımlanan "Esra Erol'da" proqramında ölkəni sarsıdan hadisə yaşanıb.
Proqrama qatılan 25 yaşlı əqli qüsurlu Dilek 21 yaşlı nişanlısı Cumanın 47 yaşlı anası Güldane ilə birgə qaçdığını və ona zorakılıq etdiklərini iddia edib.
Onun açıqlamaları sosial mediada böyük əks-səda doğurub. Canlı yayım zamanı studiyaya gələn polis qrupları oğlanı və qayınanasını saxlayıb.
Eyni zamanda Cumanın fərari olduğu da ortaya çıxıb. Hər iki şəxs Dilekə qarşı zorakılıq və təhdid iddiaları ilə əlaqədar polis bölməsinə aparılıb. Hətta zəng vasitəsilə proqrama qoşulan bir izləyici Güldanənin Cumadan 3 aylıq hamilə olduğunu bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.