Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavanşir Feyziyevİn şirkəti 51 milyonluq tender uddu: İTM yenə “Avromed”lə anlaşdı

Cavanşir Feyziyevİn şirkəti 51 milyonluq tender uddu: İTM yenə “Avromed”lə anlaşdı

Cavanşir Feyziyevİn şirkəti 51 milyonluq tender uddu: İTM yenə “Avromed”lə anlaşdı
2025-04-18 , 14:24

Səhiyyə Nazirliyinin tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi bu gün iri tenderlərdən birini keçirib və nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, həmin tender “Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satin alınmasını əhatə edib.
Açıqlamaya görə, tenderin qalibi “Avromed Company” QSC olub. Müqüavilənin dəyəri isə 51 milyon 214 min 262 manat təşkil edib.
Xatırladaq ki, bu, İnnovasiya və Təchizat Mərkəzi ilə “Avromed” arasında ilk tender anlaşmçası deyil. Ötən il dövlət qurumu əksər tenderlərini məhz bu şirkətə vermişdi.
Bildirək ki, “Avromed” ölkədə ən iri dərman şirkətlərindən biridir. Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olmasına dair açıq mənbələrdə məlumatlar var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.