"Cavabdeh şəxslər hara baxır?" - Video

Aparıcı İlqar Mikayıloğlu yaşadığı ərazidə gecə saatlarında tikinti işləri aparılmasından şikayətlənib.
Video yayımlayan İ.Mikayıloğlu "Niyə qanunlar işləmir? Gecə saat 12-nin yarısıdır, Əhməd Rəcəbli, Fətəli Xan Xoyski və Təbriz küçələrinin kəsişməsində tikinti işi gedir. Niyə? Qanunvericilik bunu qadağan edib axı. Gecə yarısı hansısa tikinti işi görülməməlidir. Cavabdeh şəxslər bunu görməməzlikdən gəlir. Ətrafda yaşayış evləridir, insanlar yatmaq istəyir. Amma burada tikintidir. Olmaz ki, günorta normal vaxtda işləyəsiniz? Gərək gecə getsin iş? Nə məsələdir?" sözlərini deyib.
OXŞAR XƏBƏRLƏR