Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Partiya sədrindən nazir müavininə – “Bunu kimə deyir, mənə?”

Partiya sədrindən nazir müavininə – “Bunu kimə deyir, mənə?”

Partiya sədrindən nazir müavininə – “Bunu kimə deyir, mənə?”
2025-05-02 , 14:48

Real Partiyasının adəri Natiq Cəfərli İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin açıqlamasına reaksiya verib.


Tribunainfo.az xəbər verir ki, partiya sədri nazir müavinini fikirlərinə görə tənqid edib. O əlavə edib ki, bilmək olmur S.Bəşirli açıqlaması zamanı o sözləri kimə deyir:

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlidən sitat: “Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir”.

“Məmurların bu tipli açıqlamalarını görəndə insan mat-məətəl qalır, nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm? Kimə, kimdən şikayət edirlər? Səlahiyyət sizdə, qanun sizdə (parlamentdə çoxluq, yəni), qərar sizdə – tədbiq edilməlidirsə, edin, daha bunu mənə-ictimayyətə niyə deyirsiniz ki?!
Hə, əgər etiraf edirsiniz ki, edilməlidir, amma edə bilmirik, yolunu tapmırıq, bacarmırıq, gəlin kömək edin – bu başqa məsələ, eləcə də deyin, ölkədə bu məsələdə fikri, təklifi olanları toplayın, qulaq asın, qeydlər aparın, sonra da tədbiq edin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.