Çin maşını sürənlərin gözü yaşlıdır: Ehtiyat hissələri tapılmır

Azərbaycanda Çin istehsalı olan avtomobillərə artan tələbat müşahidə olunur. Çin avtomobilləri həm yerli bazarda, həm də fərqli avtomobil seqmentlərində istehlakçıların marağını cəlb edir.
Sürücülərin sözlərinə görə, ehtiyat hissələri baha olmaqla yanaşı həm də tapılmır:
“Ehtiyat hissələri ölkədə olmadığı üçün Çindən gətirilir sifarişlə. Amma o da gəlib çıxmaq bilmir, gözümüz yollarda qalır. Təəssüf ki, bu problem tək məndə deyil, bir çox sürücünün rastlaşdığı problemdir”.
Məsələ ilə bağlı usta Əli Əliyev bildirir ki, Çin istehsalı olan avtomobili sifariş edən zaman maşının görünüşünə və qiymətin ucuz olmasına deyil, həmin avtomobilin ölkəmizdə rəsmi dillerinin olmasına fikir vermək lazımdır. Bundan əlavə avtomobilin ehtiyat hissələrinin nə qədər əlçatan olmasına da diqqət etmək lazımdır.
OXŞAR XƏBƏRLƏR