Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şərurlu İsfəndiyar məhkəməyə GƏLDİ

Şərurlu İsfəndiyar məhkəməyə GƏLDİ

Şərurlu İsfəndiyar məhkəməyə GƏLDİ
2025-05-13 , 16:09

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

O, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.//Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.