Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib

“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib

“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib
2025-05-20 , 21:00

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

Yenilik.az Globalinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastrukturunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.
Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.
“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.
Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
“Şəki” restoranının sahibi mərhum deputat Fərhad Qəribov olub. Hazırda onun biznesinə oğlu Zöhrab Qəribovun nəzarət etdiyi bildirilir.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.