TƏBİB-in əmrilə diş texniki həkim oldu – Fotofakt

TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.
Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Arzu Teymurov, diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Ağalar Məcid oğlu Sərdarovdur.
Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Amma günlərdir sorğuya münasibət bildirilmir, “aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək” deyilir.



OXŞAR XƏBƏRLƏR