Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
2025-06-03 , 08:35

Ötən il “Bank BTB” ASC səhmdarlarının payında dəyişiklik olub.

Bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı 74,99%-dən 76,74%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, banka birbaşa nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.
Nigar Mehdiyevadan başqa bankın ikinci ən böyük səhmdarı olan Rza Sadiqin payı isə 19,01%-dən 17,68%-ə düşüb.
Onu da qeyd edək ki, Rza Sadiq Nigar Mehdiyevanın qardaşıdır. Nigar Mehdiyeva və Rza Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır.
Bankın üçüncü səhmdarı olan Tükəzban Mahmudovanın payı isə 6%-dən 5,58%-ə kimi azalıb.
Nizamnamə kapitalı 71 milyon 450 min manat olan bank 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.