Deputat “Azercell”i tənqid etdi: “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb”
““Azercell” mobil operatorunun 1 iyul tarixindən etibarən fakturasız istifadəçilər üçün yeni şərtlər tətbiq edəcəyi ilə bağlı açıqlamasından görünür ki, “Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib. Yeni qaydalardan sonra artıq 1–2 manat balans yükləməklə insanlar nömrə xəttini aktiv saxlaya bilməyəcəklər. Əvvəlki sistem azgəlirli və yalnız əlaqə üçün nömrə saxlayan insanlara, xüsusilə bölgələrdə yaşayanlara müəyyən rahatlıq təmin edirdi. Əgər indiyədək 5 manat ödəyib, 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idisə, indi təklif olunan qaydalara görə, bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq, hətta balansda pul olsa da, danışmaq mümkün olmayacaq. Şirkət yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyətindədir. Yəni pulun, balansın varsa, nömrən aktiv olacaq, yoxsa nömrən bağlanacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
“Tarifə qoşulanlar üçün isə vəziyyət tam başqadır. Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə nömrəniz 30 gün açıq qalacaq. Tarifə qoşulmamısınızsa, balansa 1 və ya 2 manat yükləsəniz, heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Mənə görə, digər ciddi məsələ “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6” və digər az da olsa, sərfəli tariflərə yeni qoşulmaların dayandırılmasıdır. Beləliklə, “Azercell” həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi edilən” yeni modellərə keçir. Milyonlarla istifadəçisi olan şirkət kiçik məbləğlərlə deyil, böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb. Digər tərəfdən, bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir. “Azercell” şirkətinin bu addımı dolayısı ilə rəqəmsallaşmaya da mənfi təsir göstərəcək. Ümid edirəm ki, dövlət şirkəti olan “Azercell” tarif qaydalarına yenidən nəzərə salmalı, “1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha münasib tariflər müəyyən etməlidir. Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda belə sərt yanaşma yoxdur”, — deputat bildirib.

“Azercell” “1 manat - 1 gün” prinsipini ləğv etməli,müştəriyə yönəlik tariflər müəyyən etməlidir” - Ekspert
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Azercell” abunəçilərinin 90 faizi ondan imtina etməyə hazırdır – Mütəxəssis
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14