Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
“Cinayət-Prosessual Məcəlləsinin (CPM) 204-cü maddəsinə görə, şəxslər əgər məlumat verirsə, bununla bağlı araşdırma aparılır. Yəni cinayət işinin başlanması üçün faktiki əsas tələb olunur. Bu şəxsin, yəni Araz Musayevin mediaya verdiyi açıqlama hüquqi cəhətdən rəsmi məlumat sayılmır. O, prokurorluğa rəsmi ərizə, yaxud açıq məlumat tərzində iddia təqdim edərsə, onda araşdırma aparılacaq”. Bu sözləri "Yeni Sabah"a açıqlamasında "Konstitusiya Araşdırmalar Fondu"nun rəhbəri Əliməmməd Nuriyev deyib.
“Bu ittiham istintaqın başlanması üçün yetərli hüquqi əsas yaratmır. Amma prokurorluq ilkin yoxlama materiallarının araşdırılması çərçivəsində məsələyə baxa bilər. Əgər yetərli sübutlar olarsa, bununla bağlı cinayət işinin başlanması mümüknüdür.
CPM-in 206-cı maddəsinə görə, məlumat hüquq-mühafizə orqanına təqdim edildikdən sonra cinayət başlanmasıyla bağlı araşdırma aparılır. Yoxlama nəticəsində ağlabatan şübhələr formalaşarsa (məsələn, əlavə şahid ifadələri), cinayət işi açılır. Amma görürük ki, indiki halda Araz Musayev sadəcə mediaya açıqlama verib. Bu məlumatlar prokurorluq orqanına təqdim olunub, yoxsa yox, - bilinmir”.
Əliməmməd Nuriyev qeyd edib ki, icra başçılarına münasibətdə toxunulmazlıq mexanizmləri yoxdur:
“Digər tərəfdən, başqa bir məsələ onunla bağlıdır ki, kifayət qədər ağır cinayətdən ittiham olunması ilə bağlı məlumatlar gedir. Araz Musayevin verdiyi məlumatlar özündə Adil Əliyevin ona qarşı ağır cinayətlər törətməsini ehtiva edir. Cinayət Məcəlləsinin 297-ci maddəsinə görə, bilə-bilə yalan ifadə vermə, yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Xüsusən, bu əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı olduqda 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.
Başqa bir məsələ odur ki, 296-cı maddəyə görə, əgər şəxs bilə-bilə yalan xəbərçilik edirsə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər bu şəxs zərərçəkmiş kimi yalan ifadə verirsə, 297-ci maddə ilə 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Yalan məlumatlara görə həmin şəxs məsuliyyətə cəlb edilə bilər. Nəzərə alsaq ki, bu məlumatlar KİV-də yayılır və bu ittihamların yalan olduğu sübut edilərsə, onda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, cinayət məsuliyyəti yaradır. Yəni məsuliyyətin yaranması ittihamın yalan olduğu sübut edilməlidir. Belə olduqda, Adil Əliyev həm mülki qaydada, həm də xüsusi-ittiham qaydasında müraciət edə bilər.
O ki qaldı şəxsin toxunulmazlığı ilə bağlı məsələyə, məlumunuz olduğu kimi, Konstitusiyanın 90-cı maddəsinə əsasən, deputatların toxunulmazlığı var. Onlarla bağlı cinayət işininin başlanması üçün Milli Məclisin razılığı lazımdır. Amma icra başçılarına münasibətdə isə toxunulmazlıq mexanizmləri yoxdur və bu məsələlər ümumi formada həll olunur”.
Xatırladaq: Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev özünə qarşı qəsd cəhdində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi ittiham edib. Onun sözlərinə görə, bədəməllərə tapşırığı məhz Adil Əliyev verib.
Öz növbəsində, icra başçısı bildirib, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir.
OXŞAR XƏBƏRLƏR

Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Adil Əliyev Araz Musayevdən danışdı: “Tələm-tələsik niyə mənim adımı hallandırır?”
Boşanma xəbərindən sonra belə görüntüləndi - Video 2026-07-23 , 16:02
Ramiz Mehdiyevin ailəsinin maliyyə şirkəti yenidən diqqət mərkəzində - Vergi borcu... 2026-07-23 , 15:59
“Akkord”un binasında FACİƏ 2026-07-23 , 15:58
Ermənistan Prezidenti xəstəxanalıq olub 2026-07-23 , 14:43
Bakıda sürücü autizmli uşağı avtobusa qoymadı - VİDEO 2026-07-23 , 14:22
Dövlət başçısı məcburi köçkünlərlə bağlı qanuna dəyişikliyi təsdiqlədi 2026-07-23 , 14:20
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE 2026-07-23 , 14:07
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT 2026-07-23 , 11:17
Əməkdar artist Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi - VİDEO 2026-07-23 , 11:15
Saleh Məmmədov Almaniyada 23 hektar torpaq alıb? – ŞOK FOTO YAYILDI 2026-07-23 , 09:02
Nigar Fərhadı hansı cəza gözləyir? – AÇIQLAMA 2026-07-23 , 09:01
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video 2026-07-23 , 08:46
“İran razılaşma istəyir, amma hələ buna hazır deyil” 2026-07-23 , 08:43
Sumqayıtda tez-tez işıqsız qalan sakinlər ÇƏTİN DURUMDA 2026-07-23 , 08:39
Sumqayıtda işıqforlar "kor oldu"? 2026-07-23 , 08:35
"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür" - VİDEO 2026-07-22 , 19:28
“Gözəl oynayıram, heyranlıqla baxırlar” - Günel 2026-07-22 , 19:27
Almaniya kansleri Paşinyana çağırış etdi 2026-07-22 , 19:12
Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA 2026-07-22 , 19:11
“Lazeroloq üzümü yandırıb...” - Foto 2026-07-22 , 19:10
“Bibi Heybət”in imamının diplomu tanınmadı 2026-07-22 , 19:09
Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir 2026-07-22 , 19:02
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: “63 yaş nədir ki…” 2026-07-22 , 15:20
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTO 2026-07-22 , 15:16
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb 2026-07-22 , 15:13
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam 2026-07-22 , 15:10
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də" 2026-07-22 , 15:09
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - Hikmət Hacıyev 2026-07-22 , 15:08
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi 2026-07-22 , 15:06
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO 2026-07-22 , 15:02
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama 2026-07-22 , 14:58
“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi 2026-07-22 , 14:57
"Arzum" bu şərtlərlə azadlığa çıxdı 2026-07-22 , 13:40
Azərbaycanda Milli Mətbuat Günüdür 2026-07-22 , 11:30
“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları 2026-07-22 , 04:30
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" 2026-07-21 , 23:52
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər 2026-07-21 , 23:50
Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik” 2026-07-21 , 23:49
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı 2026-07-21 , 23:48
Elza Seyidcahan:"Avropada müğənnilər məni təkrarlayırlar" - VİDEO 2026-07-21 , 23:47
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 2026-07-21 , 23:41
AZZA-nın tortundan görün NƏ ÇIXDI - VİDEO 2026-07-21 , 23:41
Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 2026-07-21 , 23:40
Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO 2026-07-21 , 23:38
Prezidentin Almaniya səfərindən - Görüntülər 2026-07-21 , 23:35
Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı 2026-07-21 , 23:33
“Biz artıq buna nail olmuşuq” - Yenilənib 2026-07-21 , 23:29