Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Onunla görüşməyi özümə yaraşdırmıram” - Şeyx

“Onunla görüşməyi özümə yaraşdırmıram” - Şeyx

“Onunla görüşməyi özümə yaraşdırmıram” - Şeyx
2025-06-06 , 13:15

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qaragenlə hələlik görüşmək istəmədiyini bəyan edib.

Yenilik.az “Report”a istinadən xəbər verir ki, A.Paşazadə jurnalistlərə açıqlamasında onunla görüşməyi özünə yaraşdırmadığını deyib.
“II Qaragenlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur”, - deyə Şeyx əlavə edib.
QMİ sədri, həmçinin yeni Roma Papası ilə görüşəcəyini açıqlayıb. O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır: “Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvaram ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.