Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İyulun 1-də bu müavinətlər artırılacaq

İyulun 1-də bu müavinətlər artırılacaq

İyulun 1-də bu müavinətlər artırılacaq
2025-06-12 , 17:05

Bu il minimum əməkhaqqı 16% artırılaraq 400 manata çatdırıldı, minimum pensiya məbləği isə 14.3% qaldırılaraq 320 manat müəyyən olundu. Bəs sosial müavinət və təqaüdlər də artırılacaqmı?

Yenilik.az xəbər verir ki, İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, gözləntilərə görə, iyul ayının 1-dən bəzi müavinətlərdə artım olacaq:
“Bu artım qazilərin müavinatlarında, sosial müavinət alanlarda və əlilliyi olan şəxslərdə müşahidə oluna bilər. Yəqin ki, qərar bu ayın sonuna qədər veriləcək və iyulun 1-dən qüvvəyə minəcək”.
N.Cəfərli qeyd edib ki, bu artım minimum əməkhaqqına və minimum pensiyaya aid olmayacaq:
“Çünki onlar artıq ilin əvvəlində artırılıb. Çox güman ki, bu sahədə növbəti artım gələn ilin yanvarın 1-dən ola bilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.